Çərşənbə , İyun 19 2019
Ana səhifə / Araşdırma / Xudatda qəribə hadisə: gül mağazasından 100 kq yararsız ət aşkarlandı

Xudatda qəribə hadisə: gül mağazasından 100 kq yararsız ət aşkarlandı

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, növbəti belə tədbiri nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xudat şəhəri ərazisində keçirib. 
Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib.
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.
Araşdırmalar aparılır.

Həmçinin oxuyun

SABİQ NAZİR ÖLKƏDƏN 14 MİLYON DOLLARI NECƏ ÇIXARDI? – FOTOLAR

2004-2013-cü ilədək ölkənin kənd təsərrüfat naziri, 2013-cü ildən 2018-ci ilin aprelinə kimi baş nazirin müavini …