Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Xızıda meyiti tapılan çobanı dəmiryolu mühafizəçiləri qətlə yetiribmiş – TƏFƏRRÜAT

Xızıda meyiti tapılan çobanı dəmiryolu mühafizəçiləri qətlə yetiribmiş – TƏFƏRRÜAT

Xızıda baş  vermiş qətl hadisəsini törətməkdə təqsirləndirilən Sirvan Dəmiryolu Xətt Mühafizəsinin əməkdaşlarından biri  şübhəli şəxs qismində  saxlanılıb.
Bu barədə APA TV-yə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. İstintaq sirri olduğundan, hələlik saxlanılan mühafizəçinin adı açıqlanmır.
Xatırladaq ki, Xızı rayonunda, Yaşma bağları tərəfdə bir nəfərin başından güllə  yarası almış  meyiti aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, 29 yaşlı Rasim Yasin oğlu Qurbanov Şirvan Dəmiryolu Xətt Mühafizəsinin əməkdaşları tərəfindən güllələnib. İlkin ehtimala görə, Rasim Qurbanov ərazidə heyvan otarırmış. Heyvanlarından bir neçəsi itib və çoban onların axtarışına başlayıb. Şirvan dəmiryolunun ərazisinə daxil olduqda mühafizəçilər çobana “Dur” əmri veriblər, əmrə tabe olmayan çoban qaçmağa başlayıb.  Bu zaman mühafizəçilərdən biri onu oğru zənn edərək atəş açıb. Öldüyünü yəqin etdikdən sonra çobanın meyitini Sumqayıt ərazisinə aparıblar.
Əldə etdiyimiz son məlumata görə, Respublika Prokurorluğunun əməkdaşları ekspert kriminalist qrupu faktı araşdırmaq üçün Sumqayıt Şəhər Polis İdarəsinə və şəhər prokurorluğuna gediblər. Hazırda cinayət işinin Xızı, yoxsa Sumqayıt prokurorluğunda araşdırılması məsələsi müzakirə olunur.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın