Ana səhifə / Araşdırma / Xırdalandakı atışma ilə bağlı YENİ XƏBƏR

Xırdalandakı atışma ilə bağlı YENİ XƏBƏR

Bu gecə Xırdalan şəhəri 28-ci məhəllədə – bazarın yaxınlığında baş vermiş atışma zamanı 3 güllə yarası almış 32 yaşlı Paşayev Xəyal Oqtay oğlu əməliyyat olunub.

Lent.az xəbər verir ki, 1 saylı şəhər xəstəxanasına yerləşdirilən şəxsin bədənində 3 güllə yarası aşkarlanıb. Güllələrdən heç biri onun bədənində qalmayıb. Belə ki, güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib. Səhər saatlarında palataya keçirilən X.Paşayev polis nəzarətindədir.

Məlum atışma vaxtı 47 yaşlı Valeh Nəcəfov başından güllə yarası alıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı əməliyyat qrupu yaradılıb, axtarışlar aparılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın