Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Xırdalanda yol kənarındakı ağacları belə məhv edilir – Sakinlərdən narazılıq + FOTO, VİDEO

Xırdalanda yol kənarındakı ağacları belə məhv edilir – Sakinlərdən narazılıq + FOTO, VİDEO

Xırdalanda yenidən “yaşıl soyqrım” faktı qeyd alınıb.
Bu barədə sakinlər tərəfindən BakuPost.az-a video göndərilib.
Videodan məlum olur ki, budəfəki ağac kəsimi, şəhərin düz mərkəzində, Heydər Əliyev prospekti 156 ünvanında, yolun kənarında həyata keçirilib.
İnsanların ən sıx olduğu, Heydər Əliyev parkına gedən yolu bağlayıb, oradakı ağacları günün günorta vaxtı, kəsib daşıyıblar. Sakinlərin şikayətindən sonra əraziyə polis əməkdaşları gəlib. Bundan sonra məlum olub ki, ağaların kəsilməsi icra başçısı İradə Gülməmmədovun verdiyi sərəncam əsasında həyata keçirilir. Dağıntı işlərini aparan şəxslər həmin ərazidə üç obyektin tikilməsi üçün icra başçısının sərəncamını göstərəndən sonra polislər şikayətçiləri sakitləşdirib, geri qayıdıblar.
Sakinlərin sözlərinə görə, həmin əraziyə ölkə başçısı İlham Əliyevin Xırdalana noyabr ayında baş tutan səfəri öncəsi 10 iri küknar ağacı əkilib. İndi isə onlar çıxarılıb başqa yerə aparılıb. Bundan əlavə onlarla çinar və zeytun ağacları məhv edilib. Şikayətçilər bildirib ki, ilkin olaraq 135 kvadratlıq iki mərtəbəli obyekt tikiləcək. Daha sonra isə eyni ölçüdə daha iki tikili ərsəyə gətiriləcək.
Sakinlər bildirib ki, sərəncam ilin ortalarında verilib, lakin yaşıllığın məhv edilməsi Prezidentin səfərindən sonraya saxlanılıb.
Sakinlərin sözlərinə görə, ağacların məhv edilməsiylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət edilib:”Onlar gəlib əraziyə baxış keçirib, sənədləşdirib getdilər”.
Sakinlər əlavə ediblər ki, həmin ərazinin alınması ilə bağlı illərdir, bir neçə iş adamı dəfələrlə cəhd göstəriblər, lakin iş baş tutmayıb: “Bundan əvvəlki icra başçısı Zakir Fərəcova dəfələrlə müraciətlər olunmuşdu. Lakin o, yol kənarında yaşıllığn məhv edilməsinə, hansısa obyektin tikilməsinə icazə verməmişdi. Əksinə, buradakı yaşıllığın daha da artılımasını tapşırmışdı. Bura rayon “Mədəniyyət evi” ilə Heydər Parkını birləşdirən yoldur…”.
Məsələ ilə bağlı sakinlər Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisə və Baş Prokurorluğa teleqram vuracaqlarını deyiblər.



 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …