Cümə , Yanvar 22 2021
Ana səhifə / Araşdırma / Xırdalanda kafedə adam döyənlər azadlıqdadır: “ Day-dayları var” -FOTOLAR

Xırdalanda kafedə adam döyənlər azadlıqdadır: “ Day-dayları var” -FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 27-də Xırdalan şəhərində bir dəstə  “Kafe park” adlı kafeyə hücum çəkərək obyekt rəhbərini və ofisiantları döymüş, kafeni darmadağın etmişdi. Sakinlər bildirmişdilər ki, 15-20 nəfər gəncdən ibarət olan dəstə bu cür cinayətkar əməllər törədərək şəhərdə ad salmaq istəyirlər. 
Hadisədən sonra Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları zərərçəkənləri sorğu-suala çəkərək hadisəni törədənlərin kimlər olduğunu müəyyənləşdirib. Lakin təəccüb doğuran məqam odur ki, həmin dəstənin üzvləri həbs olunmayıb, hələ də azadlıqdadırlar.
Kafenin sahibi Faiq adlı şəxs qəzetimizə açıqlamasında onun obyektinə hücum edən dəstənin hələ də azadlıqda olmasından narahatlığını ifadə etdi: “Hadisədən sonra onların haqqında heç bir tədbir görülməyib. Gözün üstə qaşın var deyən yoxdur. Hətta bu olaydan sonra başqa bir kafeni də dağıdıblar. Bu məsələ ilə bağlı yenidən Abşeron Rayon Polis Şöbəsinə getdim, şikayətimi bildirdim. Dedim ki, əgər ölçü götürməyəcəksinizsə, özümüz bu işin dalınca düşək. Mənə deyirlər ki, baş verən hadisənin şahidi olan adam gətir ki, sübut eləsin. Cinayət əməlini törədənlərin başçısının şəkilini, ad və soyadını, ev ünvanına kimi vermişəm. Həmin şəxslərin kim olduqlarını da yaxşı bilirlər. Deyirəm ki, evinin yerini bilirsiniz, niyə gedib maraqlanmırsınız? Bildirirlər ki, “elə olmur”.
Qəsəbə sakinləri isə bu qruplaşmanın Xırdalanda adam döyüb, ad salmaq niyyətində olduğunu dedilər: “Onlar şəhərdə avtoritet kimi ad salmaq niyyətindədirlər. “Razborka”lara, problemli məsələlərə gedirlər. Bildiyimizə görə, bu qruplaşmaya day-daylıq edənlər var”.
Məsələ ilə Abşeron Rayon Polis Şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Özünü təqdim etməyən polis əməkdaşı məsələ ilə bağlı heç bir məlumat verə bilməyəcəyini  dedi.



Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın