Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Xırdalanda döyülərək öldürülən 6 yaşlı qızın anası tutulub

Xırdalanda döyülərək öldürülən 6 yaşlı qızın anası tutulub

Xırdalanda 6 yaşlı qızın öldürülməsi hadisəsinə görə, daha bir nəfər saxlanılıb.
“Report” xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, üç gün əvəl Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın öldürülməsi hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.
Məlumatda bildirilib ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Elnar Hacıyev tutulub.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın