Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / Xanımlar üçün bu ilin saç dəbi – FOTOLAR

Xanımlar üçün bu ilin saç dəbi – FOTOLAR

Azinforum.az Modern.az-a istinadən Böyük Britaniyanın peşəkar stilistlərinin məsləhət gördüyü 2018-ci il trend saç yığımlarını, kəsim formaları və saç rənglərini təqdim edir:

 

Beləliklə, 2018-ci illərdə uzun saçlarla yanaşı, əsasən qısa bob-kare və kare saç düzümləri aktual olacaq. Saç düzümündə seçim qarşısında qalan xanımlar yandan ayrılmış və geriye daranmış saçlar, atquyruğu, yüksək topuz və müxtəlif  saç hörgülərini seçə bilərlər.

 

Bu formaları seçən xanımlar 2018-ci ilin dəbindən geri qalmazlar.

 

2018-ci ilin qışının dəbdə olan saç rəngləri:

 

1-Saç uclarında çəhrayi tonlar

 

Xüsusilə, 2017-ci ilin yaz- yay aylarında dəbdə olan qızılı rəng, indi saç uclarında istifadə olunacaq.

 

 

2- Karamel balyaj

 

 

Bahar və yay aylarında, saçlara tək-tək atılan, üstünlük verdiyimiz sarı rəngləri bu soyuq havalarda karamel çalarlar əvəz edəcək.

 

 

3 – Metal sarısı

 

Bu rəng açıq mavi çalarları ilə göz oxşayan və uclara doğru açılan gümüş tonlarında sarı rəngdən ibarətdir. Bu soyuq ton qadınları  “qar kraliçasına” bənzədir. 2018-ci ilin trend saç rəngi hesab olunur.

 

 

4 – Krem rəngi

 

Qışda tünd tonlar əvəzinə daha canlı və işıqlı rənglər istəyən qadınlar üçün 2018-ci ilin trend saç rəngi kimi bu rəngi seçə bilərsiniz.

 

 

5 – Qara

 

 

Müxtəlif rəngləri sınamağa cəsarət etməyənlər üçün isə ən təhlükəsiz variant qara rəngdir. Qara rəng bütün illərdə olduğu kimi, 2018-ci il  qış trendinin də əvəzedilməz rəngidir.

 

 

2018-ci ildə dəbdə olan  saç kəsimi formaları:

 

Qısa – bob kəsimi -Xüsusilə 2018-ci ilin yaz mövsümündə bob kəsiminin çox dəbdə olacağı görünür. Saçınızı qulaqlarınızln arxasına keçirərək bob kəsim formasına daha romantik görüntü qata bilərsiniz.

Küt saç kəsimi – Bu i boyun qismindən kəsilmiş saç olduqca dəbdədir. Hansı ölçüdə saçınız olmasından asılı olmayaraq, onları qatlamaq yerinə kəsməyi sınaya bilərsiniz.

“Pixie” saç kəsimi – Pixie saç kəsim forması 2018-ci ildə daha qısa və klassik bir model ilə qarşımızdadır. Uzun saçlardan yorğun düşən qadınları bu saç kəsim forması çox xoşbəxt edəcək.

Həmçinin oxuyun

800-dən çox saxta arayış, sosial şəbəkələrdə yalan xəbər, korrupsiya və… – Prokurorluq hesabat yayıb

2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini …