Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Araşdırma / Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən saxlanıldı

Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən saxlanıldı

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb.

Hadisə ilə bağlı Trend-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd “Tramadol”, 3 ədəd “Pregabalin” kapsulaları, 20 ədəd “Zapicione” həbi, 5 ədəd “Tramadol”, 7 ədəd “Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd “Fenadiazepin”, 2075 ədəd “Haloperidol”, 150 ədəd “Depakine chrono”, 60 ədəd “Respilon” həbləri, 30 ədəd “Haloperidol”, 24 ədəd “Haloperidol-decanoate”, 70 ədəd “Amitriptylline hydrochlorido” və 19 ədəd “Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb.

Həmçinin oxuyun

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi …

Bir cavab yazın