Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Araşdırma / Xanım hakimə qarşı ittiham var… – Müraciət

Xanım hakimə qarşı ittiham var… – Müraciət

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Milli Məclisinin sədri Oqtay Əsədova, ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edən şikayətçi yazır:

“Sizi məlum edirəm ki, Bakı şəhəri Nizami rayon məhkəməsinə 27.02.2006-cı il tarixində E.S.Mehdiyeva, Z.Y.Bayramov və R.Y.Bayramovun adlarından təqdim olunmuş iddia ərizəsi saxtadır. Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı qətnaməsində bildirir ki, iddiaçı Z.Y.Bayramov məhkəmə iclasında çıxış etdi. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018-ci il 33/5010 saylı məktubunda bildirir ki, Z.Y.Bayramov 19.04.2006-cı il tarixində xarici ölkədə olub. Hal-hazırda iddiaçı hesab olunanlar E.S.Mehdiyeva və R.Y.Bayramov Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimli tərəfindən onlara bildiriş göndərilməyinə baxmayaraq, MK-nın iclasına heç bir üzürlü səbəb olmadan gəlmədilər. Çünki, onlar bilir ki, MK-nın məhkəmə iclasında saxta imzalar onlar tərəfindən icra olunması və yaxud icra olunmaması soruşulacaq və Nizami rayon məhkəməsində 19.04.2006-cı il tarixində hakim A.A.Abdullayevanın sədrliyi ilə məhkəmə iclasının olub-olmaması soruşulacaq. Mənim vəsatətimə əsasən onların imzalarını dəqiqləşdirmək üçün xətşünaslıq ekspertizası təyin olunacaq. Məncə, MK-nın iclasında hakim İ.Kərimli iddiaçı hesab olunanların MK-ya gəlməmələrinin səbəbini bildi.Mən indi başa düşürəm ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X.Sariyevin sədrliyi və məruzəsi ilə M.Məmmədov və E.Nağıyevdən ibarət tərkibdə 31.01.2018-ci il və 21.02.2018-ci il tarixlərində mənim Apellyasiya şikayətimə baxılarkən Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayevanın 19.04.2006-cı il 2-501/2006 saylı gizli və saxta çıxardığı qətnaməsinin hansı saxta sənədlərə əsaslanmasını və həmin sənədlərin bir daha saxtalaşdırılmasını niyə müəyyən edə bilmədilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri T.Qoldmanın sədrliyi və məruzəsi ilə Ə.Mirzəliyev və K.Quliyevdən ibarət tərkibə geniş məlumat təqdim etsəm də qanunsuz olaraq Bakı Apellyasiya Məhkəməsinin 21.02.2018-ci il 2(103)-1049/2018 saylı qətnaməsini 11.10.2018-ci il tarixli 2(102)-6005/208 saylı qərarları ilə ləğv etdilər. Nəticədə Ali Məhkəmənin qanunsuz qərarlarına əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva tərəfindən sübut olunmuş gizli və saxta qətnaməsi qüvvədə saxlanıldı. İnsan taleyi Bakı Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə yuxarıda etdiyim halda baxıldığı üçün mən gecə-gündüz müxtəlif ünvanlara müraciət edirəm.

Kassasiya şikayəti iddiaçı hesab olunanlar Mehdiyeva Esmira Süleyman qızı və Bayramov Ziyədəli Yasin oğlu tərəfindən imzalanmamışdı. Baxmayaraq bu mühüm məsələ barədə Ali Məhkəmənin hakimi T.Qoldmana (iş 2(102)-6005/18 onun icraatında olmuş) rəsmi bildirdim.

Ali Məhkəmənin hakimi T.Qoldman kassasiya şikayətinə səlahiyyəti olmayan şəxsin imzalamasına baxmayaraq Ali Məhkəmənin MK-da qeyd edilən işə baxdı.

Mənim haqqımda əvvəlcədən sövdələşmiş cinayətkar qrup tərəfindən düşünülmüş saxta işə 08.01.2019-cu il 2(103)-13482/2018 saylı işə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hakimlər İ.Kərimlinin sədrliyi və məruzəsi ilə İ.Xəlilov və X.Cəmilovadan ibarət tərkibdə baxılarkən MK-nın iclasında bildirdim ki, Nizami rayonu 26 saylı poliklinikanın mənim haqqımda Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayevaya təqdim etdiyi rəyi saxtadır. MK-nın sədri cənab İlham Kərimli isə mənə bildirdi ki, poliklinika hakim X.Sarıyevin sorğusuna əsasən təsdiq edir ki, rəyi poliklinika verib. Mən MK-nın sədrinə bildirdim ki, rəy saxtadır. Poliklinikadan mənim haqqımda verilən rəy mənim ünvanıma verilməyib. Eyni zamanda poliklinikanın rəyi gizli və saxta qətnamə çıxaran hakim A.Abdullayeva tərəfindən saxta rəy bir daha saxtalaşdırılıb. Nizami rayon məhkəməsinin 19.04.2006-cı il 2-501/2006 saylı qətnaməsi gizli çıxarılan zaman hakim A.Abdullayeva tərəfindən olduğu kimi göstərilməmişdir. Poliklinikanın rəyində qeyd edilir ki, Q.Qarayeva küçəsi, ev 108, mənzil 102-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu poliklinikaya müraciət etməyib. Poliklinikada ambulator kartası yoxdur. 1. Hakim A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı gizli çıxardığı qətnaməsində poliklinikanın rəyini olduğu kimi göstərməmişdir. Mən Q.Qarayev küçəsi, ev 108, mənzil 112-də yaşamışam. 2. Poliklinikanın rəyində göstərilir ki, mən Q.Qarayev küçəsi, ev 108, mənzil 102-də yaşayıram. 3. Hakim A.Abdullayeva gizli qətnaməsində qeyd edir ki, Bakı şəhəri, Q.Qarayev küçəsi, ev 108, mənzil 112 saylı mənzildə qeydiyyatda olan Bayramov Yasin Ziyədəli oğlu poliklinikaya müraciət etməyib. Poliklinikada ambulator kartı yoxdur.

1989-cu ildən 26 saylı poliklinikada ambulator kartım olub. Əgər həmin poliklinikada ambulator kartım olmayıbsa, onda həmin poliklinika mənə xəstəlik vərəqəsini necə verirdi. Məsələ seriya 53444 nömrə 049515 olan xəstəlik vərəqəsini 26 saylı poliklinika mənə necə verib? Bu faktı Respublika həmkarlar təşkilatının 13.01.1995-ci il 05-ş nömrəli sərəncamı təsdiq edir. Eyni zamanda həmin xəstəlik vərəqəsi hal-hazırda Respublikanın Arxiv idarəsinə təhvil verilib.

Yuxarıda qeyd edilən sübut olunan fakta görə poliklinikanın həkimləri A.Məmmədova, N.Məmmədova və M.Əliyeva MK-ya dəvət olunmalı hansı səbəbə görə saxta rəy vermələri tədqiq edilməlidi. Mən həmin həkimlərdən soruşmaq istəyirəm ki, onları nə vadar edib saxta rəy veriblər. Əgər rüşvətlə saxta rəy veriblərsə onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əgər rüşvətlə qeyd edilən rəy verilməyibsə. Onda həkimlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Nizami rayon 26 saylı MKİS-i mən Azərbaycan Respublikasının ərazisində olmadığım halda mənim adımdan naməlum şəxsə 28.02.2006-cı il tarixdə 2 №-li forma arayışı vermişdi. Onların naməlum şəxsdən rüşvət alıb-almaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Əgər qeyri-qanuni yolla 2 №-li forma arayışını rüşvətlə verməyiblərsə, onda onları vadar edən səbəbləri bildirsinlər.

Azərbaycan Respublikasının MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən qeyri-qanuni yolla alınmış sübutlar sübut sayılmır.

28.02.2006-cı il tarixində mənim Azərbaycan Respublikasının ərazisində olmadığımı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin 19.02.2018-ci il tarixli, K/98/33/B-181 saylı məktubu təsdiq edir.

Nizami rayon 26 saylı MKİS-nin sabiq rəisi Rasim Babayev, qeydiyyatçı M.İmanova və mühasib X.Yaqubova mənim adımdan naməlum şəxsə 2 №-li forma arayışı vermələrinə görə cavabdehlik daşıyırlar.

Qonşuların aktı saxtadır. Çünki, qonşuların aktında qeyd edilir ki, mən mənzilimdə 5 ildən çox olmamışam. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin yuxarıda qeyd etdiyim məktubuna əsasən mənzilimdə 2 il 5 ay olmadığımı sübut edilir.

Qonşuların saxta aktını 26 saylı MKİS-nin sabiq rəisi R.Babayev təsdiq edib. R.Babayev MK-nın iclasına dəvət olunmalı, onun izahatı dinlənilməlidir. Və onun saxta aktı bilə-bilə təsdiq edərkən, rüşvət alıb-almaması müəyyən edilməlidi. Əgər R.Babayevin rüşvət alması sübut olunmasa, onda, o sübut etməlidir, nə üçün bilərəkdən qanunu pozub.

Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardı.

Məhkəməyə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən qonşuların aktını imzalayan Bayramov Orxan və Bayramova Nailə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 104.3-cü maddəsinə əsasən alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut edilmir.

Qonşuların saxta aktını imzalayanlar MK-nın iclasına dəvət olunmalı və onlardan soruşulmalıdı ki, naməlum şəxs tərəfindən tərtib olunmuş saxta akta imza edən zaman onlar kimdənsə pul alıblarmı? Ümumiyyətlə, nə üçün saxta akta imza etdiklərini məhkəməyə bildirməlidirlər.

Nizami rayon Pİ-nin 24-cü polis bölməsinin sabiq rəisi M.Əsədov MK-nın iclasına dəvət olunmalı ondan soruşulmalıdır ki, əgər A.Abdullayevanın müdafiə etdikləri şəxslərin fikri ilə desə ki, guya mən itkin düşmüşəm. Bu zaman polis mənim ölkədən sərhəd hərəkətlərimi Daxili İşlər Nazirliyinin bazasından niyə öyrənməyib.

24-cü PB-nin 10.04.2006-cı il 9/24-997 saylı məktubunda qeyd edilir ki, Nizami rayonu Q.Qarayev prospekti, ev 108, mənzil 112-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu göstərilən ünvanda yaşamasına maneçilik törədilməsi barədə Nizami RPİ-nin 24-cü PB-nə müraciət etməmişdir.

Hakim A.Abdullayeva 24-cü PB-nin arayışını gizli və saxta çıxardığı qətnamədə saxtalaşdırmışdır. Gizli çıxarılmış qətnamədə mənim mənzilimdə yaşamağım yox, qeydiyyatda olmağım göstərilir. Guya mən vətənlə əlaqəmi itirmişəm.

Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva tərəfindən 19.04.2006-cı il 2-501/2006 saylı qətnaməsində O.İ.Bayramov bildirir ki, o məhkəmədə olmayıb və saxta iltizamı imzalamayıb.

Hakim A.Abdullayeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 maddəsinə görə rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırdığına görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 320.2 maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə məsuliyyət daşıyır.

Hörmətli Prezident cənab İlham Əliyev!

Hörmətli Fikrət müəllim!

Hörmətli Ramiz müəllim!

Hörmətli İman müəllim!

Hörmətli İlham müəllim!

Mən 08.01.2019-cu il tarixində keçirilən Bakı Apellyasiya Məhkəməsinin MK-nın iclasından razı qaldım. Mənə elə gəlir ki, hakim cənab İlham Kərimli qeyd edilən işin mahiyyətini olduğu kimi bilir. Lakin Nizami rayon məhkəməsinin sabiq hakimi A.Abdullayeva bilə-bilə qəsdən qanunları pozaraq elə situasiya yaradıb ki, mənim şikayət ərizələrimin hörmətli hakim İlham Kərimlinin ayrıca təhqiq edilməsinə zəruri ehtiyac var. Ona görə ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Xəyal Sarıyev 26 saylı poliklinikasının saxta rəyini müəyyən edə bilməmişdir. MK-nın iclasında hakim cənab İlham Kərimliyə bildirdim ki, rəy yuxarıda qeyd etdiyim əsaslara görə saxtadır. Yəni, hüquqi cəhətdən heç bir araşdırma aparmadan verilmiş rəydi. Mənimlə söhbətində bu məsələ ilə əlaqədar hakim A.Abdullayevanın günahkar olmasını poliklinikanın baş həkimi bildirdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Məhkəmə-hüquq şurasının sədri cənab Fikrət Məmmədovdan, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevdən və Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevdən və Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab İlham Kərimlidən yuxarıda qeyd etdiyim qanun pozuntularını və cinayətkar qrupun müəyyən edilməsi və ifşa edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əsasən həll edilməsinə köməklik etməyinizi Sizdən xahiş edirəm”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …