Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Xalq artistinin maşını cərimə meydançasında

Xalq artistinin maşını cərimə meydançasında

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini cərimə meydançasına aparıblar.

Avtosfer.az-ın verdiyi məlumata görə, məlum olub ki, xalq artisti «Toyota-Prado» markalı, 90 -FZ- 171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etiraf edib. «Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər», – deyə Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini ekavuator Dövlət Musiqili Teatrının yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatrda xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edirmiş.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın