Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Xaçmazda bir gecədə iki “bomj” özünü öldürdü

Xaçmazda bir gecədə iki “bomj” özünü öldürdü

Xaçmaz rayonunda tüfeyli həyat tərzi keçirən iki nəfər intihar edib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 4-də gecə saatlarında intihar edən Xudat şəhər sakini, 56 yaşlı Abdulla Bəgiyev və Xaçmaz şəhər sakini Mahir Müslümov tüfeyli həyat tərzi keçirirmiş. Hər iki şəxsin meyiti tibbi ekspertizadan keçirilib.

Hər iki faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın