Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Araşdırma / Xaçmazda ağır qəza: ölən polis mayorunun və yaralıların kimliyi məlum oldu

Xaçmazda ağır qəza: ölən polis mayorunun və yaralıların kimliyi məlum oldu

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor, 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri -1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

*   *   *22:12

Xaçmazda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Həmçinin oxuyun

Qəbələ və Kürdəmir “Elbrus” raket sistemi ilə vurulub

Erməni hərbi qüvvələri Qəbələ və Kürdəmir bölgələrini hədəf alıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan …

Bir cavab yazın