Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Xaçmazda 4 uşaq anası intihar edib

Xaçmazda 4 uşaq anası intihar edib

Xaçmazda intihar hadisəsi baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, iyulun 5-də axşam saat 22 radələrində rayonun Xanlıqoba kəndində 41 yaşlı Natəvan Ramazan qızı Qurbanova intihar edib.

Belə ki, o, özünü yaşadığı evdə asıb.

N.Qurbanova 4 uşaq anası olub. Onun meyitini qızları tapıb.

İntiharın səbəbi məlum deyil.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsində ekspertiza olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın