Cümə axşamı , May 23 2019
Ana səhifə / Araşdırma / Xaçmaz polisi Nabranda istirahət mərkəzində baş verən insidentə aydınlıq gətirib

Xaçmaz polisi Nabranda istirahət mərkəzində baş verən insidentə aydınlıq gətirib

Xaçmaz rayon Polis Şöbəsi (RPŞ) bəzi saytlarda bu gecə Nabranda istirahət mərkəzlərindən birindən üç nəfərin 20-ə yaxın şəxs tərəfindən qaçırılması barədə xəbərlərə münasibət bildirib.
Xaçmaz RPŞ-dən APA-nın yerli bürosuna verilən məlumata görə, həmin hadisədə hər hansı cinayət faktı yoxdur: “Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ötən gecə rayon ərazisində insan alverinə qarşı reyd keçirib. Əməliyyat axtarış tədbirləri nəticəsində istirahət mərkəzlərində əxlaqsız yuvası təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu, polisin əməliyyatıdır və istirahət mərkəzindən kiminsə qaçırılmasından söhbət gedə bilməz. Yayılan məlumatlar kökündən yalandır”.
Qeyd edək ki, “Virtualaz.org” saytı bu gecə Nabrandakı istirahət mərkəzlərinin birində qeyri-adi insident olması barədə məlumat ayıb. Məlumatda qeyd olunur ki, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.
Xəbərdə həmçinin bildirilir ki, naməlum şəxslər gənc oğlan və qızla yanaşı, “Bulaq” istirahət mərkəzinin Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

Həmçinin oxuyun

Gürcüstanda yaşayan azərbaycanlıların 68%-i işsiz olduğunu deyib

Gürcüstanda rəyi soruşulan azərbaycanlı respondentlərin 68%-i özünü işsiz hesab edir. Bu barədə ABŞ-ın Milli Demokratiya …

Bir cavab yazın