Ana səhifə / Araşdırma / Xətaidə yanan binaya görə həbs edilən şəxslərə gözlənilməz cəza..

Xətaidə yanan binaya görə həbs edilən şəxslərə gözlənilməz cəza..

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Musavat.com-un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar yoxdur. Zərərçəkmişlərin də onlardan şikayətçi olmadığını deyən prokuror dəymiş zərərin də ödənildiyini qeyd edib.
Prokuror təqsirləndirilənlərdən Fərid Sadıqova və Zaur Əşrəfova 3 il müddətinə şərti cəza verilməsini tələb edib. Həbsxanada dünyasını dəyişən şəxsin cinayət işinə isə xitam verilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın