Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Xəstə qadın əməliyyat zamanı yandı – ŞOK SƏBƏB

Xəstə qadın əməliyyat zamanı yandı – ŞOK SƏBƏB

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tokiodakı Medical Universiteti Xəstəxanasında  gerçəkləşdirilən əməliyyatda xəstə alovlar içində qalıb. Lazerlə gerçəkləşdirilən əməliyyat zamanı xəstə qadının bədəni ciddi şəkildə yanıb. Qadın belində və ayaqlarında dərin yanıqlar yaranıb.
Maraqlısı isə odur ki, həkimlər yanğına əməliyyat olunan qadının bağırsağındakı qazı çıxarmasının səbəb olduğunu bildiriblər. Belə ki, əməliyyata götürülən 30 yaşlı qadın xəstə bətninin aşağı hissəsindən lazer vasitəsiylə əməliyyat olunurmuş. Əməliyyat zamanı qadının bağırsağından qaz çıxıb. Və bunun nəticəsində də əməliyyatxana alovlanıb.
Tokio Medical Universitet Xəstəxanasının Shinjukuda yerləşən binasında baş verən bu qeyri-adi hadisəni araşdıran komitə də yanğına bağırsaq qazının səbəb olmasını açıqlayıb. Çünki  cərrahi əməliyyat zamanı əməliyyatxanada hər hansı bir yanıcı maddə olmadığı təsdiqlənib. Əməliyyat avadanlığında da hər hansı bir xəta amilinə rast gəlinməyib.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın