Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Araşdırma / “Xərçəngdən qurtulmaq üçün orqanizm neqativ enerjidən təmizlənməlidir…”

“Xərçəngdən qurtulmaq üçün orqanizm neqativ enerjidən təmizlənməlidir…”

2017-ci ildə Azərbaycanda 11.192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib.
Əhalinin hər 100.000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib.
2018-ci ilin əvvəlinə əhalinin hər 100.000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı dörd dəfə (!) artaraq, 468 nəfər olub.
Ötən il ərzində 5.777 nəfər kişidə, 5.415 nəfər qadında bədxassəli şiş aşkarlanıb.
Qadınlar arasında süd vəzinin, uşaqlıq boynunun, yumurtalığın, mədənin, uşaqlıq cisminin, kişilər arasında isə traxeya, bronx və ağciyərin, mədənin, limfoid, qanyaradıcı və onlara mənşə və quruluşca yaxın toxumaların, prostat vəzinin, sidik kisəsinin, eləcə də çənbər bağırsağın bədxassəli şişlərlə xəstələnmə halları daha çox olub.
Bəs xərçəng xəstəliyinin belə sürətlə artmasının sirri nədir?
Əməkdaşımız bu sualla tanınmış psixoterapevt və elmi-lədun bilicisi Paşa Yaquba müraciət edib. Doktorun fikirlərini oxucularımıza təqdim edirik:
– Son dövrlər ətraf mühitdən insanların üzərinə neqativ enerji axımı həddən artıq çoxalıb. Bu enerji kopyuterə düşən virus kimidir – düşdüyü oranizmdə çoxsaylı fəsadlar törədir ki, bunlardan ən ağırı xərçəng xəstəliyidir.
– Xəstəliyin yaranma prosesi necə baş  verir?
– Neqativ enerji insanın yumşaq toxumalarında (sinədə, cinsiyyət orqanlarında…) toplanır və ilk öncə immuniteti zəiflədir, əsəbilik, həvəssizlik, yorğunluq, halsızlıq yaradır. Daha sonra isə, xərçəngə çevrilir.
– Xərçəngin belə sürətlə yayılmasının qarşısını almaq olarmı?
– Xərçəngdən qorunmaq üçün ilk növbədə neqativ enerjidən təmizlənmək lazımdır. Insan görsə ki, diksinir, həyəcanlanır, yersiz əsəbiliyi, ağrıları var, deməli, bu enerjiyə yüklənib. Nə qədər ki, şişə çevrilməyib, neqativ enerjidən xilas olmalıdır.
– Bu enerjidən necə xilas olmaq olar?
– Tibb elmində neqativ enerjiyə qarşı vasitə kəşf olunmadığından, klinikalarda şişləri ancaq  əməliyyat yolu ilə kəsib götürürlər. Bu  vaxt nəticə aradan qalxsa da, onu yaradan səbəb (enerji) orqanizmdə qalır. Beləliklə, bir müddətdən sonra bu və ya digər orqanda yenidən şiş yaranır…
Bizim yaratdığımız elmi-lədun müalicə metodunda isə, ilk növbədə səbəb aradan qaldırılır: orqanizmdə toplanmış neqativ enerji təmizlənir. Daha sonra yaranmış şişlər (mioma, fibroma, kistalar, prostatın böyüməs və s.) qurudulur.
 
– Bütün bunlar nə qədər vaxta aradan qaldırılır?
– Orqanizmin neqativ enerjidən təmizlənməsi prosesi cəmi 21 gün çəkir. Bu müddətdə 3-4 seans edilir. Şişlərin müalicəsi isə, ölçüsündən aslı olaraq, 1-2 ay çəkə bilir. Bu müddətdə həftədə bir dəfə seans edilir.

Həmçinin oxuyun

Bakının ətrafında bir ay yaşamaq üçün 15 min manat verənlər var – ARAŞDIRMA

Bakıda yaşayanların heç də hamısı isti yay aylarını ölkənin regionlarında və yaxud xaricdə keçirmir. Paytaxt sakinlərinin …