Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Xədicə İsmayıl Qazaxıstan türməsində yatırmış…

Xədicə İsmayıl Qazaxıstan türməsində yatırmış…

Xəbər verdiyimiz kimi, İrlandiyanın məşhur U2 rok qrupunun aparıcı üzvü, daha çox Bono adı ilə tanınan Pol Devid Hyuson Azərbaycandakı “siyasi məhbus”ların müdafiəsinə qalxıb.

Bono iyunun 12-13-də Kanadanın Monreal şəhərində keçirilən konsertində səhnədən tamaşaçılara müraciət edərək “günah və cinayətləri yalnız söz azadlığından istifadə etmək olan və buna görə türməyə salınan 6 dostu”nun adını çəkib. Sonra da həmin “dost”larını adbaad sadalayıb: Emin Hüseynov, Xədicə İsmayıl, Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyev.

Virtualaz.org saytı xəbər verir ki, lakin Bono bu pafoslu çıxışı zamanı biabırçılığa bərabər ciddi səhvə yol verib. Belə ki, rok qrup lideri Azərbaycanla Qazaxıstanı qarışdırıb. Brejnev Əfqanıstanla Azərbaycanı qarışdıran kimi…

Bu səhv bir daha göstərdi ki, 6 “dost”unun – Emin Hüseynov, Xədicə İsmayıl, Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin taleyi Bono üçün əslində həddən artıq maraqsızdır. Adam bu “dost”larını, onların kim və hansı ölkədən olduğunu yerli-dibli bilmir. Sadəcə olaraq kimsə ondan bu “dost”larının şəninə və müdafiəsinə boğazdanyuxarı mədhiyyə deməyi xahiş edib, onun da rədd eləməyə üzü gəlməyib.

Həmin komik səhvi videosüjetin 04:55-ci dəqiqəsindən izləyə bilərsiniz.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın