Cümə , Noyabr 27 2020
Ana səhifə / Araşdırma / WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı

WhatsApp-dakı bu videolara görə kütləvi həbslər başladı

WhatsApp vasitəsi ilə uşaq istismarını özündə əks etdirən görüntülər yaydıqları təsbit edilən bir qrup şəxsin nəzarətə alındığı açıqlanıb.

Milli.az xəbər verir ki, İspaniya Baş Təhlükəsizlik İdarəsi tərəfindən yayılan yazılı açıqlamada, Ameripol və İnterpol təşkilatlarının iş birliyi ilə eyni vaxtda həyata keçirilən əməliyyat zamanı WhatsApp-da uşaq pornosu paylaşan beynəlxalq virtual qrupa böyük zərbə endirildiyi qeyd edilib.

Açıqlamada, əməliyyat zamanı İspaniyada 11, Kolumbiyada 7, Boliviyada 7, Braziliyada 3, Çilidə 4, Kosta Rikada 3, Dominikan Respublikasında 2, Qvatemalada 2, Meksikada 2 , Paraqvayda 2, Venesuelada 2, Uruqvayda 2, Panamada 1, Nikaraquada 1 və İtaliyada 1 olmaqla 15 ölkədən ümumilikdə 50 nəfər saxlanılıb.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …

Bir cavab yazın