Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / “VTEK” sədri və “sağ əli” rüşvət alanda həbs olundu

“VTEK” sədri və “sağ əli” rüşvət alanda həbs olundu

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanı həbs edib.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.

Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.

Əldə etdiyimiz məlumata görə, baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox “VTEK” kimi tanınan 30 saylı TSEK-dən olubmuş.

Cəlilabaddakı mənbələrdən əldə etdiyimiz digər məlumata görə, X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın “sağ əli” sayılan tibb bacısıdır.

X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyirdi. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu. Təyinatından heç bir ay keçməmiş yerli məmurlarla münaqişəyə girmişdi.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın