Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / ”Vor zakon ” Yunus Bakınskiydən xəbər var – O, Azərbaycana buraxılmır

”Vor zakon ” Yunus Bakınskiydən xəbər var – O, Azərbaycana buraxılmır

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı “qanuni oğru” Yunus Novruzovla bağlı yeni məlumatlar üzə çıxıb. Kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu “qanuni oğru”nun yaxınlarının Criminal.az saytına verdiyi məlumata görə, o, hazırda Rusiyadadır.

Bildirilir ki, ”Lotu Yunus” Rusiyaya bir müdət əvvəl həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları hələ də getməyib. Ona görə də, o, müalicə olunur. Hətta ötən ilin avqustunda Türkiyənin İstanbul şəhərində qətlə yetirilən ”Rövşən Lənkəranski” onu İrana müalicəyə göndərmişdi. Bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ”Lotu Yunus” saxlanılsa da, 1 gün sonra sərbəst buraxılıb. Hazırda müalicəsini davam etdirir.

Y.Nəzərov haqda onu da bildirdilər ki, ”qanuni oğru”nun Azərbaycana buraxılmasına qadağa qoyulub. Bu səbəbdən o, Azərbaycana gələ bilmir.

2015-ci ildə Yunus miqrasiya qanunlarını pozduğuna görə  də saxlanılıb. Saxlanıldıqdan sonra Yunus Yasamalskiy məhkəməyə aparılıb və onun barəsində üç gün ərzində Rusiya ərazisini tərk etmək qərarı çıxarılıb. Bundan sonra isə “qanuni oğru” hüquq mühafizə orqanlarının gözündən itib.

Yunus Yasamalskiy 2015-ci ildə Moskvada keçirilən “sxodka” zamanı da tutulmuşdu. Hüquq mühafizə orqanları ondan tələb etmişdilər ki, təcili olaraq Rusiya ərazisini tərk etsin. O, polisin tələblərinə biganə yanaşdığı üçün hüquq mühafizə orqanları özü onu Moskva-Bakı təyyarəsi ilə Bakıya yola salmışdılar.

Criminal.az xatırladır ki, “Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. Son dəfə Nəzərov narkotik vasitələrin satışına görə cəza çəkib. Və bu yaxınlarda 4 il bundan öncə 1 saylı islah əmək koloniyasından azadlığa buraxılıb. Moskvada Yunus Bakinski “dedovski”lərlə sıx əlaqə saxlayırdı. Nəzərovun yaxın dostlarından biri mərhum Bəxtiyar Kərimov olub, o Baxo Novxaninski kimi məşhur idi. O, məşhur və avtoritetli azərbaycanlı “qanuni oğru”lar dəstəsinə aiddir. Nəzərov 2013-cü ilin avqustunda qətlə yetirilən Əlibala Həmidov (Qoca) və Bakının 8 saylı koloniyasında cəzasını çəkən Nadir Səlifov (Lotu Quli) ilə dostluq edirdi.

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib.

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın