Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Vitse-admiral Şahin Sultanova hökm oxundu- həbs edilmədi

Vitse-admiral Şahin Sultanova hökm oxundu- həbs edilmədi

Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, prosesdə vitse-admirala və digər təqsirləndirilən 27 nəfərə hökm oxunub.

Məhkəmə Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilib.

Hökmə əsasən Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, dövlət ittihamçısı Ş.Sultanovun 13 il, digər 27 nəfərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu cinayət işi ilə bağlı Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanuna zidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər.

Ş.Sultanov və digər şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə – külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir.

Sonradan Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmuşdu.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın