Ana səhifə / Araşdırma / Vidadi Zeynalovun 4 vəkili yoxa çıxıb – “Rabitə işi”ndə müəmma…

Vidadi Zeynalovun 4 vəkili yoxa çıxıb – “Rabitə işi”ndə müəmma…

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi baş tutmayıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslər məhkəməyə gətirilsə də proses baş tutmayıb. Buna səbəb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkillərinin prosesə gəlməməsi olub.

Səhər saat 10:00-a təyin edilən məhkəmə Vidadi Zeynalovun 4 vəkilinin məhkəməyə gəlməməsi olib. Təqsirləndirilən şəxsin vəkili olmadığından proses saat 14:00-dək təxirə salınıb.

Günortadan sonra başlamalı olan məhkəmə prosesi yenə də təxirə salınıb. Səbəb yenə də V.Zeynalovun vəkillərinin prosesə gəlməməsi olub. Vidadi Zeynalov vəkillərindən xəbərinin olmadığını deyib.

Digər vəkillər isə buna etiraz ediblər. Təqsirləndirilənlərdən “Aztelekom”un sabiq rəhbəri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev bildirib ki, əgər vəkillər gəlməyəcəksə, qabaqcadan xəbərdarlıq edilməlidir: “11 nəfər təqsirləndirilən şəxsi həbsxanadan gətiriblər, bütün vəkillər buradadır. Amma proses baş tutmur. Əgər məhkəməni uzatmaq istəyirlərsə, əvvəlcədən desinlər ki, nə qədər vaxt istəyirlər. Onsuz da içəridə yatan onların hüquqlarını müdafiə etdiyi şəxsdir. Biz başqa proses təyin edə, iş görə bilmirik”.

Hakim vəkillərin tapılması, onlarla əlaq saxlanılması üçün məhkəməni saat 17:00-dək növbəti dəfə təxirə salıb.

Bildirək ki, bugün Vidadi Zeynalov ötən prosesdə yarıda qalan ifadəsini davam etdirməli idi. O, 54 səhifəlik sərbəst ifadəsinin hələlik qısa bir hissəsini oxuyub.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın