Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Vidadi Zeynalov məhkəmədə baş mühasibə qəzəbləndi: “Xəstə olmusan…”

Vidadi Zeynalov məhkəmədə baş mühasibə qəzəbləndi: “Xəstə olmusan…”

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi sənədlərin tədqiqi mərhələsi ilə davam edib.

Məhkəmədə 520 cildlik cinayət işi materialları tədqiq edilir.

Prosesdə təqsirləndirilən Oqtay Rüstəmovun istintaqa verdiyi ifadəsi elan olunub. “Aztelekom”un sabiq baş mühasibi olmuş Rüstəmov istintaqa verdiyi ifadəsini təsdiq etmədiyini bildirib.

Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov O.Rüstəmova bu fikrinə görə irad bildirib.

“Mən bilmirəm, sən həmin ifadəni verəndə xəstə olmusan, ya yox. Dindirilmə zamanı məbləğlər demisən. Axı belə şey olmayıb”- deyə V.Zeynalov qeyd edib.

O.Rüstəmov isə istintaq dövründə belə ifadə vermədiyini söyləyib: “Həmin ifadəmi təsdiq etmirəm”.

Xatırladaq ki, O.Rüstəmov istintaqa ifadəsində nazirlikdə mənimsəmə faktları haqda danışıb. Ancaq məhkəmədə dediklərini təkzib edir.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın