Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Vidadi Zeynalov əsəbiləşdi: “Pulunu verib oturub, biz isə…”- “Rabitə işi”

Vidadi Zeynalov əsəbiləşdi: “Pulunu verib oturub, biz isə…”- “Rabitə işi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin təxirə salınmasına səbəb təqsirləndirilənlərdən “Təmir-Təchizat Servis” MMC-nin direktoru olmuş Bayram Vəliyevin səhhətinin ağırlaşması olub.

Məhkəmədə bildirilib ki, onun müalicəsi davam etdirildiyindən məhkəmə prosesi təxirə salınıb.

Bu qərara nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov etiraz edib. O bildirib ki, bu məhkəmə prosesinin uzanmasına səbəb olur: “Bu, bir ay, daha çox da çəkə bilər. Bu adam pulunu ödəyib oturub. Biz də gəlib-gedirik”.

Növbəti məhkəmə prosesi martın 15-na təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın