Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “Vertolyot Meydançasının rəisi avtomobili arxaya verərkən…” – DİN-dən açıqlama

“Vertolyot Meydançasının rəisi avtomobili arxaya verərkən…” – DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) vəzifəli şəxsin törətdiyi qəza ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 29-da Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T. Dadaşov və S. Həşimov xəstəxanaya yerləşdirilib. T. Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

F.Qasımov Binəqədi RPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Mətbuatın yaydığı məlumata görə, F. Qasımov Nəqliyyatda Baş Polis İdarəsinin Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisidir.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın