Ana səhifə / Araşdırma / Vegetarian pəhrizi intellekt səviyyəsinə mənfi təsir göstərir – Araşdırma

Vegetarian pəhrizi intellekt səviyyəsinə mənfi təsir göstərir – Araşdırma

Yeni tədqiqatlara görə, süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. Ekspertlər vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatdırlar.

Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, diyetoloq Helen Bondun fikrincə, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbi əks-göstəriciləri düşünərək süd məhsullarından imtina edirlər. Rasionumuzda əsas yod mənbəyini süd məhsulları təmin edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.

Surrey Universitetinin alimləri 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz azdır. Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …