Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Vasif Ələsovun bandası dağıldı, başçı Azərbaycana qaçdı

Vasif Ələsovun bandası dağıldı, başçı Azərbaycana qaçdı

Rusiyanın Tümen vilayətinin məhkəməsi azərbaycanlılardan ibarət təhlükəli cinayətkar qruplaşmanın üzvlərinə hökm oxuyub.

Virtualaz.org saytı xəbər verir ki, bandanın üç üzvünə – Vüsal İbrahimova, Əhməd Musayevə və Xəlil Həsənova üst-üstə 42 il həbs cəzası verilib.

Bandanın Səid Salahov adlı üzvü 1 il şərti cəza ilə yaxasını qurtarıb. Bandanın başçısı, axtarışda olan Vasif Ələsovun işi isə ayrıca icraata götürülüb.

Banda üzvləri azı 25 soyğun, quldur basqını və fırıldaqçılıq cinayətlərinin törədilməsində təqsirli biliniblər.

Ələsovun bandası 2012-ci ildə yaradılıb, banda Azərbaycandan olan iş adamlarından reket yolu ilə pul qoparmaqla, sərxoş vəziyyətdə olan yerli sakinləri soymaqla və digər əməllər törətməklə məşğul olublar.

Banda üzvləri yaxalandıqdan sonra Ələsov Azərbaycana qaçıb. Tümen hüquq-mühafizə orqanları hazırda onun Azərbaycanda gizləndiyini bildirir.

 

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın