Ana səhifə / Araşdırma / Vəkillər Kollegiyasının yeni sədr kimdir?-Tərcümeyi hal

Vəkillər Kollegiyasının yeni sədr kimdir?-Tərcümeyi hal

Azinforum.az bu gün Vəkillər Kollegiyasına yeni sədr seçilən Anar Bağırovun kimliyi və keçdiyi həyat yolunu təqdim edir.

Anar Ramiz oğlu Bağırov19 iyun 1976-cı ildə Gəncə şəhərində anadan olub.

1997-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriatura, 1999-cu ildə isə Mülki hüquq istiqaməti üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2014-cü ildən AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantıdır.

Peşə fəaliyyəti

1997-2005-ci illər arasında müxtəlif təşkilat və müəssisələrdə hüquqşünas vəzifəsində işləmişdir.

2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş və hal-hazırdadək vəkillik fəaliyyəti ilə məşğul olmaqdadır.

2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

Bir sıra yerli və xarici arbitraj məhkəmələrdə arbitr vəzifəsini icra edir.

 

İctimai fəaliyyəti

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının “Vəkillərin peşəyə buraxılış və ixtisasartırma” fakültəsinin dekan əvəzi, Akademiyanın isə Elmi Şurasının üzvüdür.

O, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və idarə heyətinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, “Azərbaycan vəkili” jurnalının baş redaktoru, həmçinin “Cənubi Qafqaz hüquq jurnalı” və Rusiyanın “Avrasiya vəkilliyi” jurnalının redaksiya heyətinin üzvüdür.

2012-ci ildə peşəkar və akademik sahədən olan hüquqşünaslar və vəkillərdən ibarət tərkibdə yaradılmış “Ödənnişsiz hüquqi yardım haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi qrupun rəhbəridir.

2012-ci ilin may ayında Avropa İttifaqı ilə birgə Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatın həmmüəllifidir.

Avropa Şurasının ölkəmizdə həyata keçirdiyi “Azərbaycanın korrupsiyaya qarşı mübarizə strategiyasına dəstək” layihəsi çərçivəsində hazırlanmış “Təqsirin etirafı əqdi və onun Azərbaycanda tətbiqi məsələləri ilə bağlı” konsepsiya sənədinin müəllifidir.

Tanınmış və regional səviyyədə aparıcı hüquqşünasların reytinqini müəyyənləşdirən “Chambers and Partners” reytinq şirkətinin “Chambers Asia Pacific 2014” nəşrində “Azərbaycanda biznes hüququ” kateqoriyası üzrə aparıcı hüquqşünas olaraq tövsiyə olunmuşdur[9]. Bundan başqa, o, “Who`s Who Legal” reytinq şirkətinin “Who`s Who of Construction Lawyers 2013” nəşri, habelə IFLR1000, Legal500 reytinq şirkətləri tərəfindən hər il nəşr olunan reytinq cədvəllərində “yüksək səviyyədə tövsiyə olunan hüquqşünas” olaraq qiymətləndirilmişdir.

Bır sıra yerli beynəlxalq konfranslarda Azərbaycan vəkilliyini təmsil etmişdir.

Yerli və xarici hüquq jurnallarında 50-dən çox məqalənin müəllifidir.

Nailiyyətləri

Azərbaycan Respublikasının Prezidentinin 19 may 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri fərman” ilə təltif olunmuş, həmçinin “Fəxri hüquq doktoru” adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının tədris tədbirlərində fəal iştirakına görə “Fəxri diplom”la təltif olunmuşdur.

Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” ilə təltif olunmuşdur.

Azinforum.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …