Ana səhifə / Araşdırma / Vəfat edən jurnalistin telefonu klinikada necə itib?

Vəfat edən jurnalistin telefonu klinikada necə itib?

Koronavirusdan vəfat edən tanınmış jurnalist Əmrah Fəqanoğluya məxsus telefonun itdiyi barədə məlumat yayılıb.

Jurnalistin ailəsi iddia edir ki, onun telefonu müalicə aldığı “Yeni Klinika”da oğurlanıb və ya itib.

Həmçinin, iddiada qeyd edilib ki, klinikadan bununla bağlı ailəyə heç bir məlumat verilmir.

Məsələ barədə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

“Klinikadan həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmadığı deyilib. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilə bilərdi və hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da klinika araşdırma aparır”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …