Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Araşdırma / Vəzifəsinin artırılacağını bilə-bilə özünü öldürdü – Təfərrüat

Vəzifəsinin artırılacağını bilə-bilə özünü öldürdü – Təfərrüat

Bir neçə gün əvvəl 30 yaşlı Elgün Əsədovun Xətai rayonu Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi hadisəsinin bəzi detalları üzə çıxıb.

“ Azinforum.az ” ın Lent.az-a istinadən məlumatına görə, SOCAR-da geofizika mühəndisi kimi çalışan E.Əsədov hadisədən 3 gün sonra yüksək dərəcə verilməklə, daha yuxarı vəzifəyə təyin olunacaqmış. Bu barədə onun atasının da məlumatı olub və oğluna işinin dəyişdiriləcəyini deyib.

Lakin xeyli vaxtdır depressiyada olan Elgün bu xəbərdən sevinməyib. O, həyat yoldaşı və uşağını bəhanə ilə rayona yola salaraq intihar planı qurub. Hadisə baş verən gün isə Elgün Əsədov bacısı ilə telefonla danışıb və bacısı onun əhvalnın qaydasında olmadığını hiss edib. Bacısı dərhal onun Əhmədlidəki evinə gedib və söhbət etməyə çalışıb. Lakin Elgün fikrindən dönməyib və özünü 16-cı mərtəbədən atıb: “Mənlə danışmazdan bir neçə dəqiqə əvvəl atamla danışıb, deyib özümü öldürəcəm. Mənə də dedi, kimsə gəlsə, qapını açmayacam” – deyə Elgünün bacısı hadisə günündən danışır.

Bildirilir ki, borcu olsa da, onun intiharına sırf psixoloji amillər səbəb olub.

Ailə üzvləri bildiriblər ki, Elgün Əsədov həyatından şikayətlənirmiş, ölkədən çıxıb getmək istədiyini, ümumiyyətlə yaşamaq istəmədiyini deyirmiş.

Qeyd edək ki, E.Əsədov Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin məzunu olub.

Həmçinin oxuyun

Riyaziyyat fənni hansı yaşa qədər tədris olunmalıdır?

ABŞ-da uşaq və gənclərə məktəbi bitirənə qədər riyaziyyat dərsi keçirlər. Ancaq New York-da incəsənət təhsili …

Bir cavab yazın