Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Vəzifəli şəxsin ilkin intihar səbəbi bilindi – BORCU VAR İMİŞ

Vəzifəli şəxsin ilkin intihar səbəbi bilindi – BORCU VAR İMİŞ

Qoxmuq kənd icra nümayəndəsi İlqar Həsənov kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun intiharı barədə danışıb.

İcra nümayəndəsi “Ölkə.Az”ın əməkdaşına bildirib ki, bələdiyyə sədrinin borcu var imiş:

“İnsan kimi insan, yoldaş kimi yoldaş idi. Ağlımıza gəlməyən vəziyyətdir, şokdayıq. Amma axırıncı axşam atasına deyib ki, bir az borcum var. Günün yetmiş faizini bir yerdə olmuşuq. Bunun ora-bura çıxmağı da olmurdu. Ancaq borcun məbləğindən xəbərimiz yoxdur”.

Xatırladaq ki, APA-nın yaydığı xəbərdə Şəkinin Qoxmuq kənd bələdiyyəsinin sədri Fətəli Lütfəli oğlu Rüstəmovun meyiti kənd ərazisində köhnə tikilidə asılmış vəziyyətdə tapıldığı bildirilir. 1971-ci il təvəllüdlü F. Rüstəmov evli olub, iki övladı var.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət içi başlayıb, araşdırma aparılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın