Ana səhifə / Araşdırma / Vəkillər Kollegiyasının üzvü saxlanılıb

Vəkillər Kollegiyasının üzvü saxlanılıb

Vəkillər Kollegiyasının üzvü saxlanılaraq polis bölməsinə aparılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hüquqşünas Ramil Qocayev “20 yanvar” metrostansiyasının yaxınlığında saxlanılaraq 29-cu polis bölməsinə aparılıb R.Qocayev bildirib ki, buna səbəb isə həmin ərazidə insanlar toplaşan yerə yaxınlaşması və nə baş verdiyi haqda maraqlanması olub: “Sumqayıt şəhərindən gələrək metronun 20 Yanvar stansiyasında maşından düşərkən bir çox insanın bir yerə toplaşmasını gördüm. Orada bədbəxt hadisənin olmasını zənn edərək digərləri kimi mən də həmin yerə yaxınlaşdım. Bu zaman yerə uzanmış şəxsin ürəyinin getdiyinin və digər şəxslərin də ona su verdiyini gördüm. Sonra da hadisə yerindən uzaqlaşmaq və eləcə də tanıdığım şəxsə zəng vurmaq üçün mobil telefonuma əl atan zaman adını və haranın polis işçisini olduğunu bilmədiyim şəxs mənə yaxınlaşaraq dedi ki, telefonla nə qurdalanırsan, niyə burada görünənləri telefonuna çəkirsən?”

Bundan sonra polis əməkdaşları vəkili Yasamal RPİ 29-cu Polis Bölməsinə aparıb orada 3 saat saxlayıblar. Həmin müddətdə onun mobil telefonunu alıb yoxlayıblar. Ramil Qocayev polislərin ona qarşı etdiyi zorakılıqla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib və həmin polis əməkdaşlarının cəzalandırılmasını istəyib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın