Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Araşdırma / Vəkil Adəm Məmmədov həmkarından 1 manat istəyir – Məhkəmə olacaq

Vəkil Adəm Məmmədov həmkarından 1 manat istəyir – Məhkəmə olacaq

Vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.

Bu barədə Trend-ə A.Məmmədov özü məlumat verib.

Vəkil bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb E.Sadıqovun onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayması, şətəf və ləyaqətini təhqir etməsidir: “Cavabdeh vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən bəzi kütləvi informasiya vasitələrində şəxsiyyətim və fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən həqiqətə uyğun olmayan məlumatlar yayaıb. Həmin məlumatların yalan məlumatlar kimi tanınması, həmin məlumatların KİV-də və internet portalları vasitəsilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 (bir) manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün vəkil E.Sadıqovla əlaqə saxlamaq istəsək də, o, telefona cavab vermədi.

Həmçinin oxuyun

İradə Gülməmmədovanın əmlaklarının SİYAHISI

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların şok siyahısı üzə çıxıb. Siyahını təqdim edirik: …

Bir cavab yazın