Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Araşdırma / “Üzünüzdən nur yağır…”- Müttəhimdən hakimə

“Üzünüzdən nur yağır…”- Müttəhimdən hakimə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən Rəşad Əliyev, İdris Abdullayev, Giorgi Kurtanidze, Fikrət Əliyev və Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib.

Rəşad Əliyev özünü təqsirli bilməyib: “Bilirəm mənim sözlərim qərarda bir dəyişiklik etməyəcək. Siz çoxdan qərarınızı vermisiz.

Mən 1 ildir işin gedişatı ilə bağlı cinayət işindən çox şikayət ərizəsi yazmışam. Amma heç birinə baxılmayıb. Ümidimiz yalnız sizədir, üzünüzdən nur yağır. Amma müstəntiqin qanunsuz hərəkətlərinə göz yumursunuz. Mənim tək istəyim budur ki, qarşıma sübut qoyun, sonra istəyirsiz ölüm hökmü verin. Mənə yazığınız gəlmir, cinayətkar kimi görürsüz, heç olmasa iki azyaşlı körpəmə yazığınız gəlsin”.

Məhkəmənin hökmü ilə Rəşad Əliyev 8 il, İdris Abdullayev 10 il, Giorgi Kurtanidze 11 il 6 ay, Fikrət Əliyev 12 il və Əli Əliyev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər ötən ilin mayın 28-də M.Seyidov küçəsində yaşayan Nəzakət Nəsibovanın mənzilindən, qapının kilidini sındırmaqla qızıl-zinət əşyaları oğurlayıblar.

Həmçinin oxuyun

Yollar açıldı, hotellərdə yer yoxdur

Məlum olduğu kimi, yanvarın 25-dən rayonlara gediş-gəlişə qoyulan qadağa ləğv olunub. Nazirlər Kabineti yanında Operativ …

Bir cavab yazın