Ana səhifə / Araşdırma / “Utanın, bu nə epizoddur üstümə qoymusuz?” – Çovdarov

“Utanın, bu nə epizoddur üstümə qoymusuz?” – Çovdarov

Keçmiş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi bu gün də davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə “Kürdəmir epizodu” üzrə şahidlər dindirilib.

Rayon icra hakimiyyətinin sabiq şöbə müdiri Hikmət Quliyev ifadə verərək deyib ki, zərərçəkən Şeyman İmanov məhkəmədə qalib gəlsə də, qərar icra olunsa da, onlar qərarın surətini gəlib götürmədilər: “Biz onları axtardıq, tapmadıq”.

Bələdiyyə sədri Nofəl Qasımov deyib ki, “Xatirə” restoranının yerləşdiyi 3 sot torpaq sahəsini qeyri-rəsmi olaraq Şeyman İmanova veriblər: “Ora İmişliyə yaxın idi, mal-heyvan gəlirdi biz tərəfə. Buna görə verdik ki, əksinlər”.

Akif Çovdarov isə bu epizod üzrə ittiham olunmasını qəbul etmədiyini deyib: “Utanın, bu nə epizoddur üstümə qoymusuz? Məhkəmə də belə mənasız ittihamları araşdırır”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın