Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Usubovun əmri ilə keçmiş polislə bağlı istintaq başladı

Usubovun əmri ilə keçmiş polislə bağlı istintaq başladı

Arvadı həbsdə olan və məhkəməsi davam edən keçmiş polis rəisi Mahir Əkbərov barəsində açılmış cinayət işi üzrə araşdırmalara başlanılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, mayor Aqil Ələsgərovun qərarı ilə baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə başladılan cinayət işinin istintaqı ayrılıb. Bu maddə ilə Mahir Əkbərovun zərərçəkmiş Dəyanət Məmmədova saxta əmək kitabçası hazırlatdırıb verməsi halı araşdırılır.

İstintaq zamanı məlum olub ki, keçmiş polis rəisi M.Əkbərov zərərçəkən D.Məmmədova saxta əmək kitabçası düzəltməyi vəd edib. Bununla bağlı, hər iki şəxs 2014-cü ilin avqust ayında Ağciyər Xəstəlikləri xəstəxanasında müalicə alan 13 saylı Rayonlararası Təmir-Tikinti Quraşdırma Trestinin rəhbəri Arif Şirinovla görüşüblər. A.Şirinov M.Əkbərovun ona verdiyi boş əmək kitabçasına D.Məmmədovun 2007-ci ildən həmin RTTQT-də menecer vəzifəsində işlədiyini qeyd edib və üzərində gəzdirdiyi möhürlə təsdiqləyib. M.Əkbərov həmin əmək kitabçasını D.Məmmədova verib, əvəzində isə 800 manat alıb.

A.Şirinov barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət işi başlanılıb və ona qarşı irəli sürülən ittiham istintaqda tam sübuta yetirilib. Lakin A.Şirinovun 2014-cü ilin dekabr ayın müalicə olunduğu xəstəxanada vəfat etməsi, onun məhkəmə qarşısına çıxarılmasını əngəlləyib.

Qeyd edək ki, sabiq rəisin xanımı Leyla Əkbərova da bir neçə şəxsdən külli mqidarda pul alaraq onları müxtəlif yerlərdə işə düzəldəcəyini vəd edib. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb. Bununla yanaşı, həmin şəxslərə saxta sənədlər təqdim edib. Şikayətlər əsasında, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdar dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtaladırma) maddələri ilə cinayət işi başlanılıb.

Zərərçəkmiş şəxslər və şahidlər L.Əkbərovanın bu işlərində ona əri, Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuş, mayor Mahir Əkbərovun birbaşa olaraq kömək etdiyini, hətta bir neçə epizodda M.Əkbərovun cinayəti təkbaşına etdiyini bildiriblər.

L.Əkbərova ilə bağlı hissədə istintaq tamamlanıb və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılır.

M.Əkbərov da arvadının işində şahid qismində tanınıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın