Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Araşdırma / UŞAQLARDA QIZDIRMA, ÖSKÜRƏK, ÜRƏK BULANMA VƏ QUSMA HALLARI YAYILIB- VALİDEYNLƏR, OXUYUN !

UŞAQLARDA QIZDIRMA, ÖSKÜRƏK, ÜRƏK BULANMA VƏ QUSMA HALLARI YAYILIB- VALİDEYNLƏR, OXUYUN !

“Soyuq fəsillərdə uşaqlarda virus infeksiyalarının, qrip, tənəffüs yolu xəstəliklərinin yayılması riski yüksək olur”.
Bu barədə “Sherg.az”a pediatr Günay Rəsulova danışıb.
O diqqətə çatdırıb ki, uşaqlar vaxtlarının əksəriyyətini qapalı məkanlarda keçirdiyindən viruslarla təmasda olduqda dərhal yoluxur:
“Uşaqların immuniteti formalaşmadığından, iqlim dəyişikliklərinə qarşı adaptasiya zəifliyi də üzərinə gəlincə tez xəstəliyə tutulma baş verir. Mövsümi virusların əlamətləri qızdırma, bəlğəmli və ya quru öskürək, bəzən aylarla öskürəyin davam etməsi, ürək bulanmalar, qusmalar şəklində özünü göstərir. Əgər infeksiya həkim tərəfindən virus kimi dəyərləndirilirsə, simptomlara yönəlik müalicə aparılaraq, virusun müddətini başa vurması gözlənilir.
 İnfeksion proses, öskürək uzun müddət davam edirsə, həkim müdaxilə etməli, hər hansı bakterial infeksiya olub-olmadığı dəqiqləşdirməlidir. Ona uyğun müalicə almaq lazımdır ki, tam sağalma baş versin.
Xəstə uşaqların bağça və məktəblərə aparılmaması məsləhətdir. Çünki xəstə olduğu təqdirdə, həm uşağı özü üçün, həm də ətrafdakıların yoluxması baxımından məsləhət deyil. Ona görə, uşaqları havaların soyuması ilə əlaqədar qapalı yerlərdə saxlanması oksigen azlığına, müqavimətin aşağı düşməsinə, asanlıqla xəstələnməsinə gətirib, çıxarır”.

Həmçinin oxuyun

Yoluxanların sayı yenə artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3712 yeni yoluxma faktı qeydə alınıb, 1359 nəfər müalicə olunaraq …