Cümə , İyul 19 2019
Ana səhifə / Araşdırma / Uşaq evində 18 yaşlı qıza İŞGƏNCƏ: “İntihara cəhd etdim” – VİDEO

Uşaq evində 18 yaşlı qıza İŞGƏNCƏ: “İntihara cəhd etdim” – VİDEO

Şəki Qarışıq Tipli Uşaq Evində tükürpədici olay barədə məlumat var. Uşaq evində yaşayan kimsəsiz qıza işgəncə verildiyi iddia edilir. Iddiaya görə, işgəncədən sonra 18 yaşlı Aysel özünü asmağa cəhd edib. Uşaq Evinin səlahiyyətliləri tərəfindən isə intihara müdaxilə olunub və baş verəcək bədbəxt hadisənin qarşısı alınıb.

Qeyd edək ki, kimsəsiz qızla bağlı görüntülər “Uşaq Evlərinə Qayğı” İctimai Birliyi tərəfindən ortaya çıxarılıb . Belə ki, təşkilat rəhbəri Sahib Teymurovun işğəncəyə məruz qalmış Aysellə videomüsahibəsi yayınlanıb. Videomüsahibədə uşaq evinin 18 yaşlı sakini dəfələrlə döyülüb, müxtəlif işğəncələrə məruz qaldığını iddia edib.

Videomüsahibədə Aysel uşaq evində onlara göstərilən laqeyd münasibətdən və dəfələrlə döyülməsindən şikayətlənir. Qızın dediyinə görə, mütəmadi işgəncələrə dözə bilmədiyi üçün özünü asaraq öldürmək istəyib: “Bizi burada çox incidirlər. Döyürlər nədir, işğəncə verirlər. Taxta ilə, çubuqla başımıza, belimizə vururlar. O qədər döyülürdüm ki, özümü asmaq istədim. Elə günə qoyurdular ki, həyatdan bezirdim. Bura çox ürəksıxıcı yerdir. Bir- iki nəfər var ki, onlar bizi mütəmadi döyür. Əsasən bizi döyən qadın müəlimələrdir. Fikirləşirəm ki, kimsəsizəm deyə mənə belə davranırlar. Valideynim olsaydı, heç kəs mənə belə etməzdi”.

Videomüsahibədə Şəki Uşaq Evinin dözülməz şəraiti ilə bağlı mənzərə də əks olunub. Bina uçulub-sökülmüş tavanlardan, qopulmuş döşəmə və divarlardan, viran qalmış otaqlardan ibarətdir.

Mənbənin dediyinə görə, İlhamə Məmmədova baş verənlərin ictimailəşməsindən ehtiyatlanaraq, işdən çıxmaq barədə ərizə yazmağı da düşünür.

Olayla bağlı Şəki Qarışıq Tipli Uşaq Evinin rəhbəri İlhamə Məmmədova Cebhe.info-ya açıqlamasında kimsəsizlər evində işğəncə faktının baş verməsi barədə məlumatın həqiqətəuyğun olmadığını deyib: “Belə bir fakt yoxdur. Tamamilə şər, böhtan və yalnış bir məlumatdır. Ona görə ki, o videoda danışan qıza təzyiq olunub, öyrədilib. Həmin qız hazırda bu uşaq evində tərbiyə alır”.

18 yaşlı qıza danışması üçün təzyiq edilməsinə gəlincə, İlhamə Məmmədova “Bununla bağlı sübutum var ki, o da canlı uşağın özüdür. Uşaq dediklərini inkar edir” deyə bildirib.

“O zaman qızın özü açıqlama verə bilərmi” sualımıza İlhamə Məmmədova belə cavab verib: “Şəki İcra Hakimiyyətindən icazə vərəqəniz olsa, buyurun açıqlama götürün”.

Müəssisə rəhbəri onu da əlavə edib ki, bütün kollektiv, başda müdir olmaqla videonu çəkən şəxsi (“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov nəzərdə tutulur-red.) haqqında hüquq-mühafizə orqanlarına şikayət edəcək: “Artıq sənədlər hazırlanır”.

Həmçinin oxuyun

Gömrük generalı ilə bağlı sensasiya – DTX araşdırma aparır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində üzə çıxan …

Bir cavab yazın