Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Araşdırma / Universitet müəllimi tələbə qəbulu ilə bağlı iki nəfəri aldadıb? – Polis araşdırır

Universitet müəllimi tələbə qəbulu ilə bağlı iki nəfəri aldadıb? – Polis araşdırır

Gəncə Texnologiya Universitetinin müəllimi Bakı şəhər sakininə qarşı dələduzluq edib.
Trend-in məlumatına görə, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, 4 ünvanda yaşayan Lətifova Vəsilə Qardaşxan qızı ərizə ilə müraciət edib.
Bildirib ki, Universitetin Musa adlı müəllimi oğlu Lətifov Xəyal Vəli oğlunu adıçəkilən universitetə qəbul etdirmək üçün ondan 2011-ci ildə 25 min manat, qızı Lətifova Səyyarə Vəli qızını isə Gəncə Müəllimlər İnstitutuna qəbul etdirmək üçün 2012-ci ildə 13 min 500 manat alıb.
Lakin həmin şəxs onu aldadıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanıb.

 

Həmçinin oxuyun

Gəncəyə atılan ballistik raketlərin növü açıqlandı – Fotolar

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus əməliyyat-taktik ballistik raketidir”. “ Azinforum.az ” xəbər verir ki, …