Ana səhifə / Araşdırma / “Unikal” klinikası da narazılıq yaradır – Ödəniş alınır, çek verilmir

“Unikal” klinikası da narazılıq yaradır – Ödəniş alınır, çek verilmir

“Vətənə sevgi, dövlətə vergi”.

Bu şüar Sumqayıtda Vergilər Nazirliyinin 2 saylı departamentinə gedən yolda, “Unikal” klinikasının 5-10 metrliyində böyük bir lövhədə yazılıb. Amma deyəsən elə şüar olaraq da qalır. Çünki “Unikal” klinikasında ödəniş edən xəstələrə heç bir çek verilmir, xəstənin ad, soyadı kompüterdə yazılıb çap olunur və xəzinəyə yönəldilir. Xəzinədə isə tələb olunan məbləğ ödənildikdən sonra xəstəyə adi bir kompüterdə çap olunmuş kağız verərək aparıb müayinə həkiminə təqdim etməsi bildirilir. Xəstə də həmin kağızı aparıb həkimə təqdim edir, dərdinə əlac tapır, ya tapmır, çıxıb gedir. Daha klinikaya nə qədər ödəniş etdiyi barədə əlində heç bir qəbzi olmur ki, sabah məhkəməyə müraciət etsə əlində sübutu olsun. Bu da bir yana dursun, bəs dövlətə ödənməli olan vergilər?

Doğrudanmı “Unikal” klinikası həmin kompüter kağızlarına əsasən qəpiyə-qəpik vergi ödəyir? Bundan əlavə klinikanın heç bir guşasəində xidmətlərin qiymətləri olan cədvəl asılmayıb ki, xəstələr hansı müayinənin hansı qiymətə aparıldığını bilsin. Burada qiymətlər ancaq şifahi deyilir. Bütün bu u suallara cavab tapmaq üçün klinikanın baş həkimi ilə telefon əlaqəsi yaratmaq istəsək də təəssüf ki, yerində tapa bilmədik. Klinikanın elektron poçtuna yazdığımız müraciətə isə hələ də cavab verilməyib. \\qlobal.az\\

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …