Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

UKRAYNADAN ELTON MƏMMƏDOVA BƏD XƏBƏR – Şirkətinin separatçılarla əlaqələri araşdırılır

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədova məxsus şirkətin adı Ukraynada ciddi bir qalmaqala qarışıb. Bu barədə məlumat “AzPolitika.info”ya özəl mənbədən daxil olub.

Mənbənin məlumatına görə, Ukraynanın Təhlükəsizlik Xidməti Ukraynadakı bir çox şirkətin Donetskdəki separatçılarla əlaqələrini aşkarlayıb. Onların arasında Elton Məmmədova məxsus şirkətin də olduğu iddia edilir. Bu əlaqələrin hansı formada olduğu hələlik açıqlanmır. Ancaq şirkətlə bağlı ciddi araşdırmaların başladığı, buna görə Elton Məmmədovun da “başının ağrıya” biləcəyi vurğulanır.

Qeyd edək ki, Məmmədovlar ailəsinin Ukraynada böyük biznesinin olduğuna dair məlumatlar yayılıb. Onlara məxsus şirkətlərin Ukraynada, əsasən, tikinti və turizm sektorunda fəaliyyət göstərdiyi bildirilir. Məsələn, bir neçə il əvvəl Ziya Məmmədovun Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri on milyonlarla dollarla ölçülən otellər aldığına dair məlumatlar yayılmışdı.

Xatırladaq ki, son parlament seçkilərində namizədliyi belə verilməyən Elton Məmmədov hazırda Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor vəzifəsində çalışır. Tez-tez  mətbuata çıxaraq,  nüfuzlu ağsaqqallar kimi millətə məsləhətlər verməyi də yaddan çıxarmır.

Qeyd olunan iddialarla bağlı Elton Məmmədovun da fikirlərini də dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …