Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Ukraynada azərbaycanlı iş adamının obyektləri qarət olundu

Ukraynada azərbaycanlı iş adamının obyektləri qarət olundu

Ukraynanın Xarkov vilayətində azərbaycanlı iş adamına məxsus ticarət obyektləri qarət olunub, avtomobilləri qaçırılıb.

Xarkov vilayəti azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, iyulun 11-dən 12- keçən gecə əslən Azərbaycanın Gəncə şəhərindən olan, Ukrayna vətəndaşı, Xarkov şəhərində yaşayan 1969-cu il təvəllüdlü İlham Hümbət oğlu Mehbalayevin evinin yaxınlığında ona məxsus iki ticarət obyekti qarət olunub, iki avtomobili qaçırılıb.

Ümumilikdə iş adamına 400 000 dollara qədər ziyan dəydiyi bildirilir.

Faktla bağlı Xarkov polisi araşdırma aparır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın