Ana səhifə / Araşdırma / Üç uşaq anası özünü çaya atdı – Lənkəranda

Üç uşaq anası özünü çaya atdı – Lənkəranda

Lənkəranda intihara cəhd hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə sentyabrın 12-də rayonun Göyşaban kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Natiqə Təmraz qızı Səfərova özünü çaya ataraq intihara cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal müdaxilə edərək onu çaydan çıxarıblar.

Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altında olan qadının vəziyyəti stabil qiymətləndirilir.

Məlumata görə, üç uşaq anası olan Natiqə Səfərova ailədaxili münaqişə nəticəsində həyatına qəsd etmək istəyib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın