Bazar , Avqust 18 2019
Ana səhifə / Araşdırma / “Tüstüdən boğulurduq” – Sumqayıtda bina yandı – VİDEO

“Tüstüdən boğulurduq” – Sumqayıtda bina yandı – VİDEO

Sumqayıt şəhərinin 42-ci məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı 10 nömrəli peşə liseyində yanğın baş verib.
ARB TV xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 paqonometr kabel yanıb.
Şövkət Məhərrəmova (Zərərçəkən): “Şitdən alışdı-yandı. Neçə şey qoşuruq ora. Yandı, tüsdü doldu. Hamı tüstüdən boğulurdu, yanğın bizi qırmırdı.
Şərqiyyə Ağalarova (Zərərçəkən): “Su doldururdum. Çıxdım tüsdü nətə məni boğdusa, evdə xəstəm var idi, gedib onu çıxarınca boğuldum. Həyətəndə stol var, orta oturdum, adiyal zad bürüdülər, sonra özümə gəldim”
Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən 30 nəfər təxliyyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı 3 nəfər – 54 yaşlı Əli Abdullayev, 71 yaşlı Elman Yusifov və 44 yaşlı Afaq Yusifova tüstüdən zəhərlənib. 61 yaşlı Elmira Yusifova isə hadisə zamanı binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Zərərçəkənlər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Həmçinin oxuyun

“1xBet”də mərc etməyin qaranlıq tərəfləri – ARAŞDIRMA

Mərc oyunları industriyası son illər əsl yüksəliş dövrünü yaşayır. Bunun əsas səbəblərindən biri bukmeyker məntəqələrinin …

Bir cavab yazın