Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Türkiyədə “qanuni oğrular” toplandı – Rövşənin qisasını alacaqlar

Türkiyədə “qanuni oğrular” toplandı – Rövşənin qisasını alacaqlar

Türkiyədə avtoritet Rövşən Lənkəranskinin qətlinə həsr olunan “qanuni oğrular”ın sxodkası baş tutub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. “Sxodka” iştirakçıları Lənkəranskinin qisasını almağa söz veriblər.

Eyni zamanda, Rövşənin qətlindən sonra bir çox “qanuni oğru”ların İstanbuldan Antalyaya köçdükləri bildirilir. Belə ki, kurort zona onlara daha təhlükəsiz gəlir.

Rövşənin klanına daxil olan Merab Djanqveladzenin də İtaliya həbsxanasından çıxdıqdan sonra məhz bura yerləşdiyi bildirilir. Antalyada baş tutan toplantıya da o rəhbərlik edib.

Nəşrin yazdığına görə, Merabdan başqa, “sxodka”da “qanuni oğru”lar Merab Baxiya, Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani və Zurab Dqebuadze də iştirak edib.

İştirakçılar Rövşənin qisasını alacaqlarını desələr də, heç kimin ünvanına konkret ittihamlar səsləndirilməyib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın