Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Türkiyədə 28 bələdiyyə sədri işdən çıxarıldı

Türkiyədə 28 bələdiyyə sədri işdən çıxarıldı

Türkiyədə PKK və Fətullahçı Terror Təşkilatına (FETÖ) yardım etməkdə şübhəli sayılan, aparılan istintaq çərçivəsində vəzifədən uzaqlaşdırılan 28 bələdiyyə sədrinin yerinə 28 nəfər təyin edilib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyinin qanun hökmündə qərarı bu gün dərc olunub.

Bələdiyyə sədrini əvəzinə təyin edilən vali müavinləri və icra nümayəndələri bu gün saat 9:00-dan vəzifələrinin icrasına başlayıblar. Qərara əsasən, Batman və Hakkari rayonlarının, 24 qəsəbənin və 2 yaşayış məntəqəsinin bələdiyyələrinin sədrləri vali müavinləri və icra nümayəndələri ilə əvəzləniblər.(APA)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın