Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi

Türkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD şəbəkəsi ələ keçdi

Bu gün Türkiyə hüquq-mühafizə orqanları İŞİD terror təşkilatının ölkədəki gizli şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçiriblər.
APA-nın verdiyi məlumata görə, səhər saatlarında Ankara, İstanbul, Bursa və İzmir başda olmaqla, bir çox şəhər və rayonlarda eyni vaxtda əməliyyat başlayıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində Ankarada 60, İstanbulda 18, Bursada 46 İŞİD üzvü olmaqda şübhəli sayılan şəxs saxlanılıb. Konyada 75 nəfərin saxlanılması barədə qərar var. Saxlanılan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları bildirilir.
Saxlanılanlardan 10-u uşaq olmaqla, 14 nəfər xarici ölkə vətəndaşıdır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın