Cümə , Avqust 23 2019
Ana səhifə / Araşdırma / Türkiyədə şəhid polisin 12 yaşlı qızına təcavüz edən 25 yaşlı azərbaycanlı tutuldu

Türkiyədə şəhid polisin 12 yaşlı qızına təcavüz edən 25 yaşlı azərbaycanlı tutuldu

Türkiyədə 12 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən Azərbaycan əsilli Gürcüstan vətəndaşı saxlanılıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, turist kimi ölkəyə gələn Kamran Fərmanov şəhid polisin vyetnamlı həyat yoldaşından olan 12 yaşlı ögey qızına qarşı seksual xarakterli hərəkətlər etdiyinə görə qaldığı lüks oteldə yaxalanıb.

O, Diyarbakırda terrorçularla mübarizə aparan zaman şəhid olan polis Tansu Aydının 12 yaşlı ögey qızına İzmirdə yerləşən restoranlardan birində təcavüz edib. Belə ki, vyetnamlı ana Vu Yhuy Tuanvi 2 qızı və iki tanışı ilə birlikdə Alsancaqda yerləşən restoranlardan birində əyləşib. Bu zaman 12 yaşlı qızı restoranın yuxarı mərtəbəsində yerləşən tualetə gedib. Uzun müddət gəlmədiyini görən anası onun arxasınca gedib və qızına təcavüz olunduğunu görüb. Lakin təcavüz edən şəxs həmin yerdən qaçmağa nail olub.

Vyetnamlı qadın polisə gedərək şikayət edib. Restorandakı kameralar araşdırılıb və həmin şəxsin 25 yaşlı Azərbaycan əslilli Gürcüstan vətəndaşı Kamran Fərmanov olduğu müəyyən edilib. Türkcə çətinliklə danışan bu şəxs Türkiyəyə 30 nəfərlik turist qrupunun tərkibində gəlib. Həmin şəxsin lüks otellərdən birində qaldığını müəyyən edən polis əməliyyat keşçirərək onu həbs edib.

Həmçinin oxuyun

QUDALARIN XARİCDƏKİ BÖYÜK ARAQ BİZNESİ… – Eldar Həsənovla bağlı şok məlumatlar yayıldı

2006-cı ilin 24 avqustunda Tekirdağ bölgəsində qurulan və əsasən spirtli içkilər istehsal edən Rags alkoqollu …

Bir cavab yazın