Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” rəhbəri həbs olundu

Türkiyədə FETÖ basqını: Azərbaycanda fəaliyyət göstərən “Akfa Holding” rəhbəri həbs olundu

Son məlumatlara görə, İstanbulda Fətullah Gülənin Terror Örgütü (FETÖ) ilə bağlı bir qrup şəxs həbs olunub.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların içərisində FETÖ-ya maliyyə dəstəyi verməkdə ittiham olunan “AKFA Holding” və holdinqlə əlaqəli 51 şirkət, o cümlədən, “A101” market şəbəkəsinin sahibi, ortaqları və əməkdaşları da var.

Məlumatda qeyd olunur ki, “Akfa Holdinq” tərəfindən 2011-2015-ci illərdə toplanan 40 milyon dollar yardım pulu ABŞ və Kanadada olan dərnək və məktəblərə göndərilib.

İstanbul polisinin keçirdiyi əməliyyat zamanı “Akfa Holdinq”in idarə heyətinin rəhbəri Fatih Aktaş və həyat yoldaşı Yeliz Aktaş Üsküdardakı villalarında saxlanılıblar. Daha sonra hər ikisi Haydarpaşa xəstəxanasına gətirilərək tibbi müayinədən keçiriliblər. Daha sonra hər Aktaşlar Anadolu Ədalət Məhkəməsinə gətiriliblər. F.Aktaşın xəstəxanadan çıxarkən əlil arabasında olduğu da diqqətdən yayınmayıb. Onun 1 ay öncə velosipeddən yıxılaraq ayağını sındırdığı bildirilir.

Əməliyyat zamanı aralarında “Akfa Holdinq”in İdarə Heyətinin sədri Fatih Aktaşın da olduğu 50 nəfər saxlanılan zaman şübhəlidən 7 nəfərin ölkə xaricində olduğu məlum olub. Digər 63 şübhəlinin də tutulması üçün əməliyyat davam edir.

Məlumatda bildirilir ki, Akfa Holdinq 2011-2015-ci illərdə yardım kimi toplanan 40 milyon dollar pulun Asiya Bankı vasitəsilə ABŞ mərkəzi Boğaziçi Atlantik Kültürəl Dostluq Dərnəyi, Kanada Türkiyə Dostluq Dərnəyi, Colegios De Education, Mediterraneo SL, Metropolitan Education, Brooklyn Amitiy School, The Respect İnstitute İnc. və Vistom School kimi dərnək və məktəblərə köçürdüyü iddia edilir.

20 ildən artıqdır ki, fəaliyyət göstərən “Akfa Holdinq” texnoloji, inşaat və xidmət sektorunda fəaliyyət göstərir. Akfa Holdinqin saytında yer alan məlumata görə, TRT şirkətinin texnoloji infrastrukturu holdinq tərəfindən hazırlanıb.

 

*   *   *12:25

İstanbulda polis Fətullah Gülənin Terror Örgütü (FETÖ) ilə əlaqəli 44 şirkətin ofisində axtarışlara başlayıb.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların arasında Azərbaycanda da uzun müddətdir fəaliyyət göstərən “Akfa Holding” də yer alır. Bildirilir ki, polislərin əllərində FETÖ-yə maliyyə dəstəyi verməkdə şübhəli bilinən 126 iş adamının həbsi barədə order var. Həbs orderi çıxarılanlardan biri də “Akfa Holding”in idarə heyətinin rəhbəri Fatih Aktaşdır.

Fatih Aktaş və onun holdinqinin adı bundan əvvəl də Fətullah Gülənlə hallanıb. “Akfa Holding” Fətullah Gülənin şəbəkəsinə bağlı şirkətlərdən biri kimi göstərilir. Bir müddət əvvəl Gülənə bağlı “Bank Asya” likvidlik problem ilə üzləşəndə Fatih Aktaş işə qarışıb və iddialara görə banka 120 milyon TL yerləşdirib.

“Akfa Holding”in saytında yer alan məlumatda deyilir ki, şirkət Türkmənistan, Azərbaycan, Rusiya, Liviya, Qətər və Türkiyədə öz sahəsinin qabaqcıl layihələrini həyata keçirib.  Şirkət texnologiya və elektromexanika sahəsində podratçı xidmətlər göstərir. Bura ağıllı rəqəmsal xəstəxanaların qurulması, elektromexanika sistemləri, hava limanı və təyyarələrə texniki servis mərkəzlərinin avtomatik idarə etmə sistemləri, electron təhlükəsizlik sistemlərinin qurulması, elektrik stansiyalarının texnoloji sistemlərinin qurulması kimi geniş sahədə xidmətlər göstərir.

Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərən “Akfa Elektrik” MMC isə ən müxtəlif elektrik avadanlıqlarının və alətlərinin satışını, quraşdırılmasını həyata keçirir. Bu şirkətin Türkiyədə fəaliyyət göstərən eyni adlı holdinqlə hansı bağlılığının olduğunu dəqiqləşdirmək mümkün olmayıb.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın